- Baxış sayı: 41
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar beynəlxalq cüdo federasiyasının (İJF) atletlər komissiyasına nümayəndələrini seçib.
Allsport.az xəbər verir ki, seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə İJF icraiyyə komitəsi tərəfindən təyin olunub.
Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.
Qürurverici haldır ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov İJF icraiyyə komitəsinin qərarı ilə atletlər komissiyasına üzv seçilib.