- Baxış sayı: 44
- 27 Noyabr 2024 16:47
- Baxış sayı: 57
- Noyabr 28, 2024
- 0
“Elmi müzakirə saatı” layihəsi çərçivəsində oktyabr ayı ərzində əcnəbi professor-müəllim heyəti ilə Azərbaycan idman akademiyasının akademik, inzibati və tələbə heyətinin silsilə görüşləri keçirilb.
Allsport.az saytı xəbər verir ki, Özbəkistan dövlət bədən tərbiyəsi və idman universitetinin Gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının dosenti, Azərbaycan idman akademiyasının gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasında “Gimnastika” fənnini tədris edən Sergey Eştayev tərəfindən “Gimnastika hərəkətlərinin öyrədilmə prosesinin idarə edilməsi” mövzusunda seminarı, Bolqarıstanın “Vasil Levski” milli idman akademiyasının İdman nəzəriyyəsi kafedrasının professoru, kademiyanın doktorantlarına “Tədqiqat metodları” fənnini tədris edən Daniela Daşevanın “İdman elmi sahəsində elmi nəşrlər” mövzusunda seminarı olub.
Bundan savayı, Koventri universitetinin Biznes araşdırma mərkəzinin dosenti, fəlsəfə doktoru Tomas Vilyam Basonun “İdman və blokçeyn texnologiyası” mövzusunda seminarı, akademiyanın ingilisdilli “İdman menecmenti” magistr proqramı üzrə tələbələrə “İdman iqtisadiyyatı” fənninin tədris edən Fransanın Amos biznes məktəbinin professoru, İngiltərənin Salford universitetinin və Şərqi London universitetinin imtahan eksperti, eyni zamanda menecment konsultantı olaraq fəaliyyət göstərən Nevil Mark Klementsin “XXI əsrdə idmanın üzləşdiyi problemlər” mövzusunda təşkil edilib.
Görüşlər zamanı müvafiq mövzular üzrə müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara cavab verilib.