- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dekabrın 3-də Milli Gimnastika Arenasında idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi start götürüb. Allsport.az xəbər verir ki, yarışın ilk günündə Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu və Nizami rayonu idman məktəbini təmsil edən akrobatlar iştirak edirlər. Oğlan və qarışıq cütlüklərin, oğlan və qız qruplarının tərkibinə daxil olan 12-18 yaşlı akrobatlar balans, temp və qarışıq hərəkətləri nümayiş etdirirlər. Yarışda 11-16 yaş kateqoriyasına aid olan qız qrupları və cütlükləri isə yalnız balans və temp hərəkətlərinin icrasında qüvvələrini sınayırlar. Turnirdə ümumilikdə 43 gimnast iştirak edir.
Növbəti gün akrobatlardan sonra Olimpiya idman növü olan qız idman gimnastikası təmsilçilərinin yarışı olacaq. Birincilikdə 2003-2005, 2006-2007, 2008-2009, həmçinin 2008-2010-cu il yaş kateqoriyasına daxil olan qızlar çoxnövçülükdə mübarizə aparacaqlar. Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq Sport” klubu öz yetirmələrini bütün turnir boyu dəstəkləyəcəklər. Qeyd edilən cəmiyyətlərdən olan azarkeşlərin sırasına təkcə Respublika Olimpiya İdman Liseyinin deyil, Sumqayıt və Balakən nümayəndələri də qoşulacaqlar. Çünki bu cəmiyyətlər və bölgələrdən olan oğlanlar öz çıxışlarına dekabrın 5-də başlayacaqlar.
Ümumilikdə idman gimnastikası üzrə oğlan və qızlar arasında yarışda 62 idmançı çıxış edəcək.