- Baxış sayı: 80
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 83
- Dekabr 15, 2025
- 0
Gənc idman gimnastlarımız Macarıstanın paytaxtı Budapeştdə 6 medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, komandamızın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub.
O, turnikdə gümüş (12.650), halqalarda (12.400) və sərbəst hərəkətdə (12.300) bürünc medal qazanıb. Təmsilçimiz 1-ci yeri 73.400 xalla çoxnövçülükdə tutub.
Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış edib, 11.350 xalla bürünc mükafata sahiblənib. Səməd Məmmədli turnikdə hakimlərdən 12.650 xal alaraq, 3-cü olub.