- Baxış sayı: 71
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

İyulun 4-də Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin idman sağlamlıq mərkəzində cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda 41 klub və idman cəmiyyətindən olan 222 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cari ildə kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.