- Baxış sayı: 491
- 15 Dekabr 2025 23:59
- Baxış sayı: 37
- Dekabr 16, 2025
- 0

Gələn ay Fransanın paytaxtı Parisdə və Almaniyanın Düsseldorf şəhərində cüdoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışlarda Azərbaycan millisi də mübarizə aparacaq.
Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi ilə komanda hazırda Bakı olimpiya stadionunda yerləşən təlim-məşq bazasında bu səfərlərə hazırlaşırlar.
Ölkəmizi bu sınaqda Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi – 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəslullu (90 kq), Zelim Kotsoyev (100 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.