İlk dəfə akrobatika üzrə dünya kuboku

17-18 noyabrda ölkəmizdə ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək yarışda 2003-cü il təvəllüdlü və daha böyük oğlan, qız, qarışıq cütlüklər qrup tərkibində mübarizə aparacaqlar. İlkin olaraq, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları iştirak etmək üçün qeydiyyatdan keçiblər.

Bizi bu rəqabətdə Avropa birinciliyinin bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edəcəklər. Oğlanlarda dünya yaş qrupu yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov dueti ən yaxşı yer uğrunda mübarizə aparacaq.

Yarışda ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Həmin kateqoriyadan