- Baxış sayı: 37
- 04 Aprel 2025 21:44
- Baxış sayı: 41
- Aprel 04, 2025
- 0
23–27 apreldə Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) fərdi yarışlarda təmsil edəcək.
Azərbaycan Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək. Həmçinin, olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev Paris plimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.
Milli komandanın üzvləri performans direktor və böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Çempionata qatılacaq heyət:
Kişilər
60 kq
Əhməd Yusifov
Turan Bayramov
66 kq
Ruslan Paşayev
73 kq
Hidayət Heydərov
81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
90 kq
Bu çəki dərəcəsində iştirakçı Dubrovnikdə keçiriləcək Avropa kubokundan sonra müəyyən ediləcək.
100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
Vüsal Qələndərzadə 73 kq çəki dərəcəsində qarışıq komanda yarışlarında heyətə qoşulacaq.
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
57 kq
Fidan Əlizadə
70 kq
Günel Həsənli
Südabə Ağayeva
+78 kq
Nigar Süleymanova