- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Niderlandın Haaqa şəhərində gənc cüdoçuların Avropa birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə bizimkilər 1 dəst medal qazanıblar.
Oğlanlarda “Atilla”nın yetirməsi Nizami İmranov (60 kq) bütün rəqiblərini məğlub edib. 66 kq-da Aydın Rzayev finalda gürcüstanlı Tenqo Zirakaşviliyə uduzub.
Qızlarda Aydan Vəliyeva (52 kq) 3-cü yer uğurunda görüşdə italiyalı Mikaela Şakovelliyə ipponla qalib gəlib.