- Baxış sayı: 51
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçuların Avropa birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk gündə millimiz 2 medal qazanıb.
Bahadır Feyzullayev (50 kq) bütün rəqiblərinə qalib gəlib. Bu çəkidə Məhəmmədəli Hüsiyev 3-cü yer tutub.
60 kq-da Nihad Rəhimov 5-ci olub. Qızlarda eyni nəticəni Diana Eldarova (48 kq) göstərib.