İlk günün qalibləri müəyyənləşib

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo beynəlxalq  yarışda ilk günün qalibləri müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, oğlanların yarışında Amin İsayev (30 kq), Həsən Əhmədov (34 kq), Rəhim Mirzəyev (38 kq) və Əli Hacıyev (42 kq) çempionluq sevinci yaşayıblar.

Qızların mübarizəsində Züleyxa Nağıyeva (28 kq), Xumar Qasımzadə (32 kq), Fidan Qasımova (36 kq) və Nigar Şahməmmədova (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mücadilədə Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.

Çempionatda 39 komandadan 563 cüdoçu çıxış edir.

Həmin kateqoriyadan