- Baxış sayı: 45
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

U-17 yeniyetmələr arasında cüdo üzrə liqa yarışının I turu başlayıb.
Allsport.az xəbər verir ki, 3 gün davam edəcək turnirdə 101 klub və idman cəmiyyətindən ümumilikdə 852 cüdoçu (677 oğlan, 175 qız) mübarizəyə qoşulub.
Abşeron olimpiya idman kompleksində keçirilən yarışın ilk günündə 4 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. ![]()
Qeydə alınan nəticələr belədir:
Oğlanlar
50 kq
1. İlham Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİM)
2. Nihad Ağayev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİM)
3. Əli Kazımzadə (Kano PİK)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
66 kq
1. Sadiq Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Nicat Əliyev (Bakı şəhəri 1 nömrəli İOEUGİM)
3. Sənan Piriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
Qızlar
40 kq
1. Ayan Muradova (Şəki OİK)
2. Sunay Salamova (RKİM)
3. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli İOEUGİM)
3. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
52 kq
1. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt)
2. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
3. Qızılgül Əkbərova (AHİTA)
3. Aynur Süleymanova (Hövsan İK)