- Baxış sayı: 81
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Berlində cüdo üzrə gənclər arasında Avropa kuboku start götürüb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə milli komanda aktivinə 3 gümüş və 2 bürünc olmaqla 5 medal yazdırıb. Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq) və Əbil Yusubov (73 kq) gümüş medal qazanıblar. Nizami İmranov (66 kq) ilə Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələniblər.
Turnirdə ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur.