İlk yarış günü 9 medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.

Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə milli medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan