- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa gənclər yay olimpiya festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan komandası möhtəşəm start verib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçumuz çempionluq sevinci yaşayıb. Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, aktivində 3 qızıl medal olan milli medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.