İlk yarış günündə 4 medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa kuboku start götürüb.

Allsport.az xəbər verir ki, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb.

60 kq çəki dərəcəsində Nihad Məmişov və 73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olub.

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Turnirə 26 ölkədən 226 idmançı qatılıb.

Həmin kateqoriyadan