- Baxış sayı: 34
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Son 10 ildir ölkəmizdə gimnastika idman növləri sürətlə inkişaf edir. Azərbaycan Gimnastika Federasiyası mötəbər tədbirlərə uğurla ev sahibliyi etməklə böyük təcrübə toplayıb. Hazırda ölkəmiz Beynəlxalq Gimnastika Federasiyasının 82-ci konqresinə ev sahibliyi edir”. Allsport.az saytı xəbər verir ki, bu sözü AGF-in vitse-prezidenti Altay Həsənov jurnalistlərə müsahibəsində deyib. Ötən il ölkəmizdə FİG şurasının iclasının təşkil olunduğunu xatırladan dövlət rəsmisi əlavə deyib:
“Qonaqların dediklərinə görə, konqres uğurla keçirilir və gimnastika federasiyası bütün məsələləri yüksək səviyyədə təşkil edib. İnanıram ki, konqresdə qəbul olunmuş qərarlar dünyada gimnastikanın inkişafına böyük təkan verəcək. Bakıda belə tədbirlərin təşkili bizi çox sevindirir. Gələn il ölkəmiz bədii gimnastika üzrə dünya çempionatına, digər növlər üzrə Avropa birinciliklərinə və dünya kuboku yarışlarına ev sahibliyi edəcək. AGF-in qrafiki çox dolğundur.
Ümid edirəm ki, həmişə olduğu kimi, bu məsələlərin də öhdəsindən layiqincə gələcəyik. Gələn il dünya gimnastikasının ürəyi Bakıda döyünəcək. Azərbaycan artıq gimnastikada öz sözünü deyib. Bizim təşkilatçılığımıza yüksək səviyyədə qiymət verirlər. Təsadüfi deyil ki, AGF ötən il də FIG tərəfindən dünyada ən yaxşı federasiyalar arasında yer almışdı”.
Federasiyanın vitse-prezidenti vurğulayıb ki, on il bundan əvvəl Azərbaycanda gimnastika növləri arasında ən çox inkişaf edən bədii gimnastika idi və biz buna böyük önəm verirdik. Bakı 2015 ilk Avropa oyunları ərəfəsində digər növlərin də inkişaf etdirilməsi barədə qərar qəbul olundu. Bir az çətinliklərimiz var, kadr ehtiyatı azdır. Ancaq biz bu istiqamətdə işlərimizi davam etdiririk. İnanıram ki, bütün bunların öhdəsindən gələcəyik. Nəticələrimiz hələ qabaqdadır.