“İnter” Andrey Santosu izləyir

“İnter” yay transfer pəncərəsində “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santosu heyətinə qatmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, “neradzurri” 21 yaşlı braziliyalı futbolçu ilə yaxından maraqlanır.

Məlumata görə, Milan təmsilçisi oyunçunun London klubundakı qeyri-müəyyən gələcəyindən yararlanaraq transferi reallaşdırmaq niyyətindədir. Santosun “zadəganlar”ın heyətində əsas heyət oyunçusuna çevrilə bilməməsi İtaliya klubunun bu istiqamətdə marağını artırıb.

Santos cari mövsümdə “Çelsi” ilə ümumilikdə 23 matçda meydana çıxıb. Onun transfer qiymətinin təxminən 45-50 milyon avro civarında olduğu bildirilir. “İnter” rəhbərliyi artıq futbolçunun agentləri ilə ilkin təmaslara başlayıb.

Həmin kateqoriyadan