- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün hazırlıq çərçivəsində son yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyada Cənubi Koreyanın “Jeju Yunayted” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Matç bol qollu alınıb. Sonda qələbəni Azərbaycan təmsilçisi bayram edib. Beləcə, Antalya toplanışını qələbəylə başa vuran bank klubu sabah Bakıya qayıdacaq.
Qeyd edək ki, “İnter” bundan öncəki yoxlama oyunlarında Türkiyənin “İnəgölspor” klubuna 4:1, Qazaxıstan “Kayrat”ına və yerli “Kasımpaşa”ya 3:1 qalib gəlmiş, Almaniya “Enerji”si və Ukrayna “Metallist”i ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
23 yanvar
“İnter” – “Jeju Yunayted” – 4:3 (4:2)