- Baxış sayı: 214
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Rumıniyanın Ployeşti şəhərində bədii gimnastika üzrə 23-cü beynəlxalq turnirində Azərbaycan yığması daha 3 medal qazanıb. Allsport.az xəbər verir ki, Sofiya Məmmədova topla hərəkətlərin icrasında 2-ci, halqa ilə 3-cü yeri tutub. Nəzrin Abdullayeva gürzlərlə bürünc medal qazanıb.
Dünən İlona Zeynalova çoxnövçülükdə bürünc, Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova komanda hesabında gümüş medala sahib çıxıblar.