Bakıda keşiriləcək İslam həmrəyliyi oyunlarında iştirak edəcək cüdoçularımızın adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, millimiz İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.
Kişilərdə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq) mübarizə aparacaqlar. Komanda yarışında Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularımızla birgə olacaq.
Qadınların mübarizəsində Aişə Qurbanlı, Ərdənəbat Bazarraqça (hər ikisi – 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu – Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) komanda yarışları üçün sifariş olunublar.
Qeyd edək ki, cüdo yarışları 13-16 mayda Bakı İdman Sarayında keçiriləcək.