- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

İsmayıllıda region birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, şimal bölgəsindən olan yeniyetmə cüdoçular 2 yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə ACF-in diplomları, medallar və hədiyyələr verilib.
Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.