- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

Futzal millimizin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirilən oyundan (1:1) sonra açıqlama verib. Allsport.az xəbər verir ki, braziliyalı mütəxəssis final mərhələsinə vəsiqəni təmin etdiklərinə baxmayaraq, komandasının meydana yalnız qələbə üçün çıxdığını bildirib:
“Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı. Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi. Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq.
Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.