- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Millinin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsində Monteneqroya qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunu söyləyib:
“Bu oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsentrasiyasız çıxmışdı. Birinci hissədə bu, aşkar görünürdü. Nəticədə çox pis oynadıq. Çoxdandır, bu cür intizamsız və zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik.
Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim. Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik. Son oyunda Slovakiya yığması ilə qarşılaşacağıq. Şanslarımız bərabərdi. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var.
Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdu”.