- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının bu gün mətbuat üçün açıq məşqi keçirilib. Allsport.az xəbər verir ki, məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın brifinqi keçirilib.
Baş məşqçi rəqiblərə hörmətlə yanaşdığını gizlətməyib: “Oyunlardan əvvəl bütün komandaların şansı eynidir. Rəqiblərimizin real gücünü nəzərə alaraq deyə bilərəm ki, bizim qrupdan çıxmaq şansımız 50-nin 50-yədir. Eyni zamanda, rəqiblərimiz bizdən çəkinməsələr də, hörmətlə yanaşırlar və nəyə qadir olduğumuzu bilirlər”.
Alesio komandanın qarşısına konkret məqsədin qoyulduğunu da açıqlayıb: “Minimum tapşırıq pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Təbii ki, final mərhələsində oynamaq istəyirik. Buna nail olmaq üçün mübarizə aparacağıq. Ancaq indi sırf Xorvatiya ilə qarşılaşmanı düşünürük”.