Kamran Nəbizadə IVF prezidenti ilə görüşüb

Azərbaycan ağırlıqqaldırma federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Beynəlxalq ağırlıqqaldırma federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb. 

Allsport.az xəbər verir ki, söhbət zamanı qurumlar arasında münasibətlərin, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə edilib, gələcəyə ümidlə baxıldığı ifadə edilib. 

Qeyd olunub ki, son zamanlar AAF tərəfindən aparılan işlər ağırlıqqaldırmanın həm Azərbaycanda, həm də beynəlxalq arenada inkişafına öz müsbət töhfəsini verməkdədir. AAF-ın vitse-prezidenti Firdovsi Umudov bu idman növünün tərəqqisi istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqinin vacibliyini vurğulayıb, müvafiq addımların atılmasının zəruruliyini bildirib.

Həmin kateqoriyadan