- Baxış sayı: 64
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Beynəlxalq cüdo federasiyası (BCF) akademiyası və Azərbaycan cüdo federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kata for All” festivalı uğurla başa çatıb.
Allsport.az xəbər verir ki, cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində təşkil olunan festivalın son günündə BCF akademiyasının təhsil direktoru Slavişa Bradiç və qurumun eksperti, olimpiya çempionu Tina Trstenyakın rəhbərliyi ilə seminarlara həm məşqçilər, həm də bütün yaş qruplarından olan cüdoçular qatılıb. Onlar öyrəndikləri texnikaları nümayiş etdirərək proqramın praktik hissəsini tamamlayıblar.
Festival yekununda bütün iştirakçılara sertifikat və xatirə hədiyyələri təqdim olunub.