- Baxış sayı: 34
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 124
- Yanvar 19, 2025
- 0
Usta cüdoçulardan ibarət millimiz noyabrın 7-8-də Mavrikinin paytaxtı Port-Lui şəhərində keçiriləcək Afrika açıq kubokunda iştirak edəcək.
Allsport.az saytı xəbər verir ki, tatami üzərinə Oruc Vəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), İsmayıl Piriyev, Fəqan Quluzadə (hər ikisi – 73 kq), Əbdülhaq Rəsullu, Hüseyn Rəhimli (81 kq), Məmmədəli Mehdiyev, Rüstəm Əlimli (90 kq) və Uşanqi Kokauri (+100 kq) çıxacaqlar.
Qadınların turnirində öz güclərini Aişə Qurbanlı (48 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) sınayacaqlar. Yarışlar reytinq xarakteri daşıyır. Afrika açıq çempionatına 55 ölkədən 246 cüdoçu qatılacaq.