- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının icraiyyə komitəsinin iclasında qəbul olunub. Adı çəkilən rəqabət mayın 6-10-da təşkil olunacaq. Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının təşkili isə Parisə həvalə edilib.
Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, qitə çempionatlarında da Tokio-2020-yə lisenziya qazanmaq imkanı olacaq.
Bundan əlavə, AGF növbəti olimpiadaya qədər gimnastikanın üç növü (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) üzrə məhz lisenziya xarakteri daşıyan dünya kuboku mərhələlərini, həmçinin bədii gimnastika üzrə dünya çempionatını təşkil edəcək.