Komanda hesabında 3-cü yer

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu (Bolqarıstan) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Həmin kateqoriyadan