Komanda yarışları başlayır

Cüdoçularımız dünya çempionatının komanda yarışlarında iştirak edir

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının komanda yarışları start götürür.

Allsport.az xəbər verir ki, komanda yarışlarında 15 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Tacikistan yığması olacaq.

Oğlanlar arasında 73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, 90 kq. çəkidə Aslan Kotsoyev və Süleyman Şükürov, +90 çəkidə Kənan Nəsibov və Əjdər Bağırov, qızlarda isə 57 kq. çəkidə Aydan Vəliyeva və Fidan Əlizadə, 70 kq. Pərvanə Abdullayeva, +70 kq. çəkidə Nigar Süleymanova güclərini sınayacaq.

Həmin kateqoriyadan