- Baxış sayı: 40
- 10 Mart 2026 13:03
- Baxış sayı: 101
- Mart 11, 2026
- 0

Milli olimpiya komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə təhlükəsiz idman komissiyası yaradılıb.
Allsport.az xəbər verir ki, komissiyanın tərkibi belədir:
• Azər Əliyev – MOK baş katibi, komissiyanın sədri
• Təhminə Tağızadə – Azərbaycan milli antidopinq agentliyinin icraçı direktoru
• Elgün Səfərov – ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin şöbə müdiri
• Xəzər İsayev – ədalətli oyunlar komissiyasının sədri
• Fəridə Əzizova – atletlər komissiyasının sədri
Komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək.