Kubok yenə Azərbaycanındır!

Akrobatika üzrə millimiz dünya kuboku sıralamasında yüksək nəticəyə nail olub. Allsport.az saytı xəbər verir ki, kişi cütlüyündə Murad RəfiyevDaniel Abbasov müvafiq olaraq Bolqarıstan, Portuqaliya və Polşada gümüş, qızıl və bürünc medal qazanaraq, ümumi sonluğa əsasən kuboka layiq görülüblər.

Digər gimnastlarımız Ağasif RəhimovRaziyə Seyidli isə Bolqarıstanda qızıl, Portuqaliyada gümüş, Polşada yenidən qızıl medal qazanaraq, ötən il qazandıqları qalib adını bu il də qoruya biliblər.

Onlar 12-15 sentyabrda Portuqaliyanın Gimarayş şəhərində dünya çempionatında mübarizə aparacaqlar.

Həmin kateqoriyadan