- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Ölkəmizin qadın cüdoçulardan ibarət millisi heyətini legionçularla gücləndirilib. Allsport.az saytı judo.az-a istinadla xəbər verir ki, monqolustanlılar – Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) bundan sonra bizim üçün güləşəcəklər.
ACF yığmamızın yeni üzvləri ilə görüş keçirilib. Vitse-prezidenti Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam həmrəyliyi oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, komandamıza yeni cüdoçuların cəlb olunması, Azərbaycanda qadın cüdosunun da inkişafına təkan verəcək.