Lalə Kramarenko ən yaxşı seçildi

Gimnast Lalə Kramarenko Rusiyada ilin idmançısı seçilib.

Allsport.az xəbər verir ki, bu barədə “Rusiyanın qüruru” kateqoriyası üzrə cari ilin idman mükafatının təqdimetmə mərasimində məlumat verilib.
Mükafat uğrunda hündürlüyə tullanma üzrə Mariya Koçanova və şort-trekçi Yekaterina Aldoşkina da mübarizə aparıblar.

“Bu, təkcə mənim deyil, bütün böyük komandamın qələbəsidir” – Kramarenko deyib.
Lalə bu il Rusiya çempionatında beş qızıl medal qazanıb. 19 yaşlı idmançı Tatarstanda keçirilən BRİKS oyunlarında fərdi çoxnövçülükdə də birinci olub. O, futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Dmitriy Kramarenkonun qızıdır.

Həmin kateqoriyadan