- Baxış sayı: 313
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

Rusiyalı gimnast Leysan Utışevanın idman karyerası zədələrlə və çətinliklərlə dolu olub.
Allsport.az xəbər verir ki, Rusiyada keçirilən birincilikdən sonra məşhur məşqçi İrina Viner onunla işləmək istəsə də, anası bel zədəsinə görə bu təklifi qəbul etməyib.
Böyük idmana qayıdış isə Moskvada baş tutub. Leysan ailəsi ilə birlikdə paytaxta köçərək məşqçi Alla Yanina ilə çalışmağa başlayıb. Yeni mühitə, ağır məişət şəraitinə və uzun yolçuluqlara baxmayaraq, o, məşqlərini davam etdirib və qısa müddətdə ciddi irəliləyiş əldə edib.
Müxtəlif dünyagörüşünə sahib olan Yanina və Utışeva arasında əvvəlcə anlaşma çətin olsa da, məşqçi ona gimnastikanı yalnız texniki deyil, həm də mənəvi tərəfdən anladaraq, güclü əlaqə qurmağa nail olub.
Məhz bu dövrdə Utışeva başa düşüb ki, gimnastika onun həyat yoludur. Yaninanın köməyi ilə o, zədəsini dəf edib və karyerasını davam etdirməyə qərar verib.


