Leysan Utyaşeva gənc yaşda Avropaya getdi və ailəsini təəccübləndirdi

Leysan Utyaşeva erkən yaşlarından idman sahəsində böyük iradə və məqsədli yanaşma nümayiş etdirirdi.

Allsport.az xəbər verir ki, rusiyalı gimnast uşaq yaşlarından hər gün 5 saat məşq edib. Zamanla qrupunun liderlərindən birinə çevrilən idmançı İsveçdəki toplanışa dəvət olunub. Bu, onun üçün böyük sınaq olub, çünki ilk dəfə xaricə gedib, orada İsveç ailəsində yaşayıb.

Leysan orada Rusiya idmançılarından fərqli olaraq isveçlilərin vaxtlarını ailə ilə keçirdiyini və çoxlu istirahət etdiyini görüb. Utyaşeva bunları görəndən sonra başa düşüb ki, gimnastikada uğur qazanmaq üçün bəzi şeylərdən imtina etmək lazımdır, o cümlədən əlavə istirahətdən və çoxlu yeməkdən. Nəticədə, o, arzularına çatmaq üçün çətinliklərə baxmayaraq əzmkarlıqla irəliləməyə davam edib.

Həmin kateqoriyadan