- Baxış sayı: 17
- 24 Mart 2026 15:23
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Mançester Yunayted” rəhbərliyi gələn yay komandanın sükanı arxasına PSJ-nin baş məşqçisi Luis Enrikeni gətirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, hazırda müvəqqəti olaraq Maykl Kerrikin rəhbərlik etdiyi klub ispan mütəxəssisi əsas hədəf kimi müəyyənləşdirib.
Məlumata görə, “qırmızı şeytanlar” Kerrikin rəhbərliyi altında qeydə alınan uğurlu nəticələrə baxmayaraq, uzunmüddətli layihə üçün daha təcrübəli olan Enrikeni dəvət etməkdə israrlıdırlar. Hazırda ingiltərəli mütəxəssisin gələcəyi qeyri-müəyyən olaraq qalır və onun mövsümün sonunda postunu tərk edəcəyi gözlənilir.
Luis Enrikenin PSJ ilə müqaviləsi davam edir və onun Paris klubundan ayrılması üçün tərəflər arasında ciddi danışıqların aparılması tələb olunacaq.