- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, Mamun bildirib ki, ana olduqdan sonra uşaqlığa və idmana baxışı dəyişib: “Oğlumun sayəsində öz keçmişimi daha yaxşı anlamağa başladım. Çalışıram ki, onu artıq stresdən qoruyum. Tamamilə qarşısını almaq mümkün deyil, amma yüngülləşdirmək olar.”
Oğlu əvvəlcə kosmonavt olmaq istəsə də, valideynsiz uçmalı olduğunu anlayanda fikrindən daşınıb. Mamun deyir ki, uşağına heç bir istiqamət vermirlər: “Biz artıq özümüz idmanda nəticə göstərmişik, ona təzyiq yoxdur.”
Karyerasını başa vurduqdan sonra həyatının dəyişdiyini deyən Mamun 2016 olimpiadasını nostalji ilə xatırlasa da, peşəkar idmana qayıtmaq istəmir: “İndi məhdudiyyətsiz həyatın dadını çıxarıram.”
Mamun artıq son dəfə ustad dərsləri keçdiyini açıqlayıb: “Bunu davam etdirmək çətindir. Artıq hər şeyi istədiyim səviyyədə göstərə bilmirəm.”
Təhsil haqqında danışan idmançı söyləyib ki, məşqlərlə paralel oxumaq çətin olsa da, müəllimlərin anlayışlı olması vacibdir.
Bədii gimnastika ilə yolunu tam ayırmadığını deyən Mamun məşqçilik planlarının hələ olmadığını qeyd edib: “Uzun illər zalda olmuşam. Hazırda ora qayıtmağa tam hazır deyiləm.”
Psixoloji mövzuya da toxunan idmançı vurğulayıb: “Gənclər kömək istəməkdən çəkinməməlidir. Çətinliyini demək qorxaqlıq deyil, cəsarətdir.”



