- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“İlk dəfədir Azərbaycanda oluruq. Bura çox gözəldir, yüksək qonaqpərvərliklə qarşılandıq”. Allsport.az saytı xəbər verir ki, bu sözü Şəkidə AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışların qala-şousunda iştirak etmək üçün ölkəmizə dəvət olunan əslən azərbaycanlı Cessika (ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və ikiqat bürünc mükafatçısı, Tokio olimpiya oyunlarının komanda hesabında bürünc mükafatçısı) və Cenifer Qədirova (Tokio-2020-də komanda hesabında bürünc mükafatçısı, Avropa çempionatının komanda hesabında gümüş mükafatçısı) bacıları müsahibələrində deyiblər.
Onlar, tədbirin möhtəşəm təşkil olunduğunu və müxtəlif gimnastika növlərini özündə birləşdirdiyini deyiblər: “Şəkiyə gəlməmişdən əvvəl Bakıda 18 ildən sonra baba və nənəmlə görüşdük. Bakı kimi, Şəki də gözəldir. Ən əsası Şəkiyə gələndə qar gördük. Bu, bizi çox sevindirdi. Burdan qayıtdıqdan sonra, Bakıda gəzməyi düşünürük. İlk dəfə doğma vətənimizdə irimiqyaslı turnirdə iştirak etdik. Tamaşaçıların bizə azarkeşlik etməsi çox sevindirici idi. Liverpulda təşkil olunan dünya çempionatında Azərbaycan diasporunun dəstəyini hiss etmişdik. Bu, bizi sevindirir və yeni uğurlara həvəsləndirir”.