Maribor-2023: Rüstəm Alimlinin komandası festivalda ilk medallarını qazandı

Azərbaycan komandası Mariborda keçirilən XVII Avropa yeniyetmələrin olimpiya festivalında 2 cüdoçumuz çıxışını medalla başa vurub.

Allsport.az saytı xəbər verir ki, Nihad Məmişov (50 kq) ilk görüşdə ermənistanlı Hayk Darbinyan üstələyib. Növbəti mərhələdə Şota Baçaşviliyə (Gürcüstan) uduzub. 3-cü yer uğrunda tutaşmada italiyalı Françesko Krokianiyə qalib gəlib.

Komandamıza digər bürünc medalı Ayxan Mirzəzadə (55 kq) qazandırıb. O, 1/8 finalda isveçli cüdoçu Samir Pabloskini, növbəti mərhələdə isə niderlandlı Luka Riçardsonu məyus edib edib. Yarımfinalda gürcüstanlı Merabi Samadaşviliyə məğlub olub. Həlledici qarşılaşmada polşalı Yan Kolondranı yenib.

Oğlanlarda millinin baş məşqçisi Rüstəm Alimlidir. Onun komandası ötən ay Portuqaliyanın Odivelas şəhərində yeniyetmələrin Avropa çempionatının qarışıq komanda yarışında finalda Fransa seçməsinə 4:3 qalib gələrək, ilk dəfə bu proqramda qızıl medala yiyələnib.

Millimiz fərdi yarışlarda da oğlanlar arasında 5 qızıl və 3 bürünc medalla 1-ci yeri tutub.

Həmin kateqoriyadan