- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Cüdo Federasiyasının iclasında 2018 və 2019-cu illərdə cüdo üzrə dünya çempionatlarının keçiriləcəyi məkanların adları açıqlanıb: həmin şəhərlər Azərbaycanın və Yaponiyanın paytaxtlarıdırlar. Allsport.az saytı xəbər verir ki, İJF-in prezidenti Marius Vizer federasiyanın Bakı ilə bağlı qərarını şərh edərək deyib:
“Bakının iri idman yarışları keçirməkdə böyük təcrübəsi var. Biz ənənəvi “Böyük dəbilqə” və 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmişik ki, Azərbaycan cüdo üzrə dünya çempionatını layiqincə keçirməyə qadirdir”.
Yaponiyanın nümayəndəsi, cüdonun əfsanəsi sayılan Yasuxiro Yamasita isə bildirib ki, Tokioda dünya çempionatının keçirilməsi ölkəsinin 2020-ci ilə nəzərdə tutulan Tokio Olimpiadasına hazırlıq səviyyəsini sınaqdan keçirmək imkanıdır. Dünya çempionatı cüdonun ilk dəfə Olimpiya oyunlarının proqramına daxil edildiyi uzaq 1964-cü ildə Olimpiya turnirinin keçirildiyi əfsanəvi “Nippon Budokan” arenasında olacaq.