- Baxış sayı: 224
- 04 Fevral 2026 11:50
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0
Belçikanın Gent şəhərində idman gimnastikası üzrə beynəlxalq turnirdə Milana Minakovskaya debüt edib. Allsport.az saytı xəbər verir ki, o, 4 alətdə öz proqramını nümayiş etdirib. Bütün çıxışlarının nəticəsinə əsasən, ümumilikdə 43.932 xal toplayan gimnastımız, 69 təmsilçi arasında 44-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Milana Minakovskaya bu il Macarıstanın Gyor şəhərində gənclərin ilk dünya çempionatında (27-30 iyun), həmçinin Bakıda keçiriləcək Avropa gənclər olimpiya festivalında (21-27 iyul) ölkəmizi təmsil edəcək.