Millimiz 23 yaşlıların Avropa çempionatında

Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, iki gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Məşqçilər heyəti İsrail paytaxtına Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi – 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (90 kq) və Cəlil Şükürovu (100 kq) ilə yollanacaqlar.

Qitə çempionatında 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir.

Həmin kateqoriyadan