Millimiz “A” səbətində

Sentyabrın 2-də Bakı vaxtı ilə 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avro-2022-nin seçmə qrup mərhələsinin püşka atılacaq. Allsport.az xəbər verir ki, püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb.

Futzal millimiz A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə bir başa vəsiqə qazanacaq.

Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək. AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

A səbəti
İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, Azərbaycan, Xorvatiya, İtaliya

B səbəti
Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya

C səbəti
Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya

D səbəti
Norveç

C səbəti
Türkiyə/Yunanıstan, San Marino/Danimarka, İsrail/Kipr, İsveçrə/Almaniya, İngiltərə/Şimali Makedoniya, Bolqarıstan/Ermənistan, Monteneqro/Litva.

Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021.

Həmin kateqoriyadan