Millimiz Avstriya beynəlxalq toplanışında olimpiya çempionları ilə birgə təlim-məşq keçir

Xəbər verdiyimiz kimi, cüdoçulardan ibarət millimiz geniş heyətlə Avstriyadadır. Allsport.az saytı xəbər verir ki, komandamız təlim-məşq toplanışını Mittersill şəhərində keçir. Hazırlığa əsas heyət, qadınlar, gənclər və paralimpiyaçılarımız qatılıblar.

Hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Dünyanın 50-ə yaxın ölkəsindən 850 cüdoçu bu il keçiriləcək Avropa və dünya çempionatlarına, beynəlxalq yarışlara hazırlaşırlar.

Avstriya toplanışında Azərbaycan millisinin tanınmış tatami ustaları ilə yanaşı, olimpiya çempionları – çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi və digər məşhur kimano ustaları iştirak edirlər. Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 18-də yekun vurulacaq.

Həmin kateqoriyadan