- Baxış sayı: 62
- 26 Mart 2026 10:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə millimiz Özbəkistan yığmasıyla ikinci yoldaşlıq görüşünə çıxıb. Allsport.az xəbər verir ki, futzalçılarımız qələbə qazanan tərəf olub – 4:3.
Ötən gün Joze Alesionun rəhbərlik etdiyi komanda 2:3 hesabı ilə məğlub olmuşdu.
Milli yanvarın 13-dən Bakıda başladığı təlim-məşq toplanışını bu ardıcıl matçlardan sonra başa vuraraq yanvarın 24-dən 25-nə keçən gecə elit-raund mərhələsində yer aldığı qrupların matçlarını keçirəcəyi Xorvatiyanın Osiyek şəhərinə yollanacaq.