- Baxış sayı: 38
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Cüdoçulardan ibarət millimiz Tiflis və Samsunda keçirilən böyük mükafat turnirlərində uğurlu çıxış etməklə, idman təşkilatlarının diqqətini və dəstəyini yenə özünə çəkməyə vadar edib. Allsport.az saytı xəbər verir ki, bunun nəticəsi kimi ustalardan ibarət komanda mövsümdə 2-ci dəfə Yaponiya paytaxtına təlim-məşq toplanışına ezam olunublar.
Yığmamız orada yerli kimono ustaları ilə 18 gün birgə hazırlaşacaqlar. Sonra baş məşqçi Hacıağa Hacıəhmədov və 2-ci məşqçi Əli Dərvişovun rəhbərlik etdiyi kollektiv Bakıya qayıdacaq. Mayın 8-10-da cüdoçlarımızı paytaxtda ümummilli liderin xatirəsinə beynəlxalq «Böyük dəbilqə» yarışı gözləyir.