- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Azərbaycanın cüdo üzrə milli yığma komandası Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
Allsport.az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət yığma komandanın 18 üzvü qatılıb.
Hazırlığın ilkin mərhələsi noyabrın 11-21-də Tokay universitetində keçirilib. Komandanın ikinci təlim-məşq toplanışı noyabrın 21-dən etibarən Tsukaba universitetində davam edir. Hazırlıq prosesi noyabrın 28-nə qədər davam edəcək.
Cüdoçularımıza Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.