Millimizin baş məşqçisi qəza törədib – avtomobili ilə “Bravo”ya girib

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub. Allsport.az saytı xəbər verir ki, “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub. Həmin şəxs bədii gimnastika üzrə millinin baş məşqçisi Mariana Vasilyevadır.

Məsələylə bağlı baku.ws AGF ilə əlaqə saxlayıq. Mətbuat katibi Bikə Abdullayeva açıqlamasında bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb:

“Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”.

Həmin kateqoriyadan